Evdə təbii albalı suyunun HAZIRLANMA QAYDASI
Day.Az представляет новость на азербайджанском языке
İsti yay günlərində içinizi sərinlədəcək albalı suyunu evdə özünüz də hazırlaya bilərsiniz. lent.az evdə hazırlaya biləcəyiniz ən praktik albalı suyu reseptini təqdim edir.
Resept isə çox sadədir.
Lazım olan ərzaqlar:
1 kilo albalı
Su
3 stəkan şəkər
1 limonun suyu
Hazırlanma qaydası:
Təmizləyib yuduğunuz albalının qazana tökün, üstünə su doldurub qaynadın. Albalı çatlamağa başlayanda altını söndürün. Ən azı 1 saat albalının rəngini buraxmasını gözləyin.
Sonra albalını süzüb, suyunu ayrı bir qazana tökün və süzülən albalı suyunu təkrar qaynadın.
Şəkər və limon suyu əlavə edib qarışdırın, üstünə yığılan köpüyü təmizləyin və qaynatmağa davam edin.
Ocağı söndürəndən sonra soyumağa qoyun.
Bəhməz kimi qatı qarışımı şüşə qablara yığıb ağzını bağlayın, günəş işığı düşməyən yerdə saxlayın.
Servis edəcəyiniz zaman soyuq su qatıb qarışdıraraq, təbii albalı suyunuzu hazırlayın.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре