Türkiyәli azarkeş stadiona girib Fatih Terimә söydü - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Xəbər verdiyimiz kimi, Avropa Çempionatının D qrupunda qərarlaşan İspaniya və Türkiyə komandaları üz-üzə gəib. İlk oyunda Xorvatiyaya uduzan Türkiyə millisi qrupda keçirdiyi 2-ci matçda da məğlub olub.
"Qafqazinfo" xəbər verir ki, oyun İspaniya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun gedişində türkiyəli azarkeşlər futbolçulara və Fatih Terimə etirazlar ediblər. Fanatlar baş məşqçidən komandanın kapitanı olan Arda Turanın meydandan çıxarılmasını tələb ediblər.
Türk azarkeşlərdən biri 3-cü qoldan sonra özünü ələ ala bilməyib və meydana daxil olaraq baş məşqçiyə və futbolçulara etiraz edib. Lakin təhlükəsizlik işçilər fanatı meydandan dərhal uzaqlaşdırıblar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре