https://news.day.az/azerinews/795007.html Qəhrəman kimi qarşılandılar - FOTOLAR

Qəhrəman kimi qarşılandılar - FOTOLAR

Azərbaycanca, 24 июня 2016 16:44 (UTC +04:00) 1 193
Qəhrəman kimi qarşılandılar

Day.Az представляет новость на азербайджанском языке

"Avro-2016"da çıxışını başa vuran Albaniya millisi vətənə qayıdıb.

Day.Az anspress-ə istinadən bildirir ki, tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanan və turniri 3 xalla başa vuran milli üzvləri vətəndə qəhrəman kimi qarşılanıb.

Bundan başqa ölkənin Futbol Federasiyası yığmanın bütün üzvlərinə pul mükafatı təqdim edib. Komandanın hər bir oyunçusu və məşqçilər korpusu paytaxtın rəmzi açarına layiq görülüb. Eyni zamanda, yeni milli stadionun girişində "Avro-2016"da iştirak edən hər bir futbolçunun adı qeyd olunub. 

"Avro-2016"da qrup mərhələsinin III turunda Albaniya millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib. A qrupunda keçirdiyi hər iki görüşü məğlub başa vuran albanlar bu oyundan qələbə qazanıblar. Albaniyanın yeganə qoluna 43-cü dəqiqədə Sadiku imza atıb. Bununla da Albaniya yığması çempionluq tarixində ilk dəfə qələbə qazanıb. "Qarabağ" klubunun formasını geyinən Ansi Aqolli son görüşlərdə Albaniya millisinin kapitan sarğısını daşıyıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Qəhrəman kimi qarşılandılar
  • Qəhrəman kimi qarşılandılar
  • Qəhrəman kimi qarşılandılar
  • Qəhrəman kimi qarşılandılar
  • Qəhrəman kimi qarşılandılar
  • Qəhrəman kimi qarşılandılar
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости