https://news.day.az/azerinews/795182.html Rakitiç: "Qoy Ronaldu bizim haqqımızda düşünsün"

Rakitiç: "Qoy Ronaldu bizim haqqımızda düşünsün"

Azərbaycanca, 25 июня 2016 09:43 (UTC +04:00) 1 057
Rakitiç: "Qoy Ronaldu bizim haqqımızda düşünsün"

Day.Az представляет новость на азербайджанском языке

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç "Avro-2016"nın 1/8 finalında qarşılaşacaqları Portuqaliya millisi haqda danışıb.

Day.Az qol.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən xorvatiyalı futbolçu Portuqaliya millisinin təkcə Kriştianu Ronaldudan ibarət olmadığını bildirib:

"Portuqaliya millisi təkcə Ronaldudan ibarət deyil. Rəqibimiz çox keyfiyyətli komandadır. Onların heyətindəki futbolçular ən yaxşı klublarda oynayırlar. Ronaldu haqda çox düşünmək istəmirik. Qoy Ronaldu bizim haqqımızda düşünsün. Pley-off matçında hər şey ola bilər. Çünki cütün taleyinə bir matçda aydınlıq gələcək. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, bu gün keçiriləcək Xorvatiya - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости