AVRO-2016: Macarıstan, yoxsa Belçika?

Day.Az представляет новость на азербайджанском языке

Bu gün AÇ-2016-da 1/8 finalında son matç olan Macarıstan-Belçika qarşılaşması keçiriləcək.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionatının sürpriz komandası olan Macarıstan hələ də öz oyununu sərgiləyə bilməyən Belçika ilə qarşılaşacaq. Həm macarların, həm də Belçikanın sürətli futbol oynadığını və yüksək məhsuldarlığını nəzərə alsaq, azarkeşləri maraqlı 90 dəqiqənin (bəlkə də 120 dəqiqə) gözlədiyini söyləmək olar. Bernd Ştorkun yetirmələri qrupda möhtəşəm oyunlar nümayiş etdirməklə Belçikaya da qalib gəlmək iqtidarında olduqlarını göstəriblər.

23:00. Macarıstan - Belçika

Baş hakim: Milorad Maziç

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Ehtiyat yan xətt hakimi: Daniel Varnmark (İsveç)

Hakim-inspektor: Yap Ulenberq (Hollandiya)

UEFA nümayəndəsi: Ales Savrl (Sloveniya)

Tuluza. Şəhər stadionu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.