İstanbul terrorunu törədənlərin görüntüləri yayıldı

Day.Az представляет новость на азербайджанском языке

İyunun 28-də Atatürk hava limanında 41 nəfərin ölümü, 239 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən canlı bombaların görüntüləri ortaya çıxıb.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüntülərdə qışlıq pencək geyinən və belini tutan terrorçunun cəsədinin morqa aparılan 3 terrorçudan birinə məxsus olduğu bildirilir.

Digər canlı bomba isə ətrafa atəş açarkən kameralara yaxalanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.