Terrorda ölən qızın ürək dağlayan MESAJI:

Day.Az представляет новость на азербайджанском языке

İyunun 28-də İstanbul Atatürk hava limanında törədilən terror zamanı həyatını itirənlər şəxslərin bir çoxunun kimliyi məlum olub.

Day.Az azvision.az-a istinadən bildirir ki, terror aktı zamanı həlak olan şəxslərdən biri də Gülşən Bahadırdır. 

Hava limanında çalışan gənc xanım ağır yaralandıqdan sonra xəstəxanaya aparılıb. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

G.Bahadırın bir müddət öncə sosial şəbəkədə yazdığı status diqqət çəkib.

"Həyatım boyunca heç vaxt savaşmadım. Heç vaxt! Nə istədiklərimi almaq üçün, nə özüm üçün, nə sevdiklərim üçün, nə həyatın mənə bəxş etmədikləri üçün, nə də haqsızlıqla qarşılaşdığım üçün! Fikirləşməyin ki, gücüm olmadığı üçün döyüşmədim. Mən həmişə mübarizə aparmağı seçdim. Çünki döyüşün hansısa bir nəticəsinin olacağına inanmırdım. Döyüşdə qazanan yox, sadəcə itkilər olur. Geridə qalan bu itkilər isə tez-tez yada düşər. Mən sadəcə olaraq o yolu seçmədim. Döyüşmürəm, mübarizə aparıram və sevirəm". 

Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.