İstanbul terrorunda ölü sayı artdı

Day.Az представляет новость на азербайджанском языке

İstanbulda Atatürk hava limanında baş verən terror aktı qurbanlarının sayı artıb.

Day.Az anspress-ə istinadən bildirir ki, daha bir yaralı dünyasını dəyişib. Bununla da ölənlərin sayı 43-ə yüksəlib.

Bu barədə açıqlamanı Türkiyənin daxili işlər naziri Efkan Ala verib. O, parlamentdə çıxışı zamanı terror hadisəsi ilə bağlı açıqlmalar verib. Nazir bildirib ki, ölən 3 nəfər terrorçunun adı bu siyahıda deyil. 

"Hazırda xəstəxanalarda 94 nəfər var. Ölənlərdən 19-u əcnəbilərdir. Əldə edilən sübutlar terroru İŞİD-in törətdiyini göstərir.

Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-u türkdür. 

İstanbulun Atatürk hava limanında terror hadisəsi iyunun 28-də gecə saatlarında baş verib. "Kalaşnikov"la silahlanan 3 nəfər hava limanı ərazisinə girərək qarşılarına çıxanlara atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.