https://news.day.az/azerinews/797150.html Polşa, yoxsa Portuqaliya?

Polşa, yoxsa Portuqaliya?

Azərbaycanca, 30 июня 2016 22:17 (UTC +04:00) 996
Polşa, yoxsa Portuqaliya?

Day.Az представляет новость на азербайджанском языке

Bu gün AÇ-2016-da 1/4 final mərhələsinə start veriləcək.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək.

Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan polyaklar iddialarını davam etdirmək arzusundadılar. 1/8-də İsveçrəni penaltilər seriyasında üstələyən Polşa millisində özünəinam hissi artıb. Komanda oyununa güvənən polşalılar Portuqaliyaya problem yarada bilər.

Öz növbəsində, Portuqaliya da matça qələbə üçün çıxacaq. Avro-2004-də gümüş medallara sahib çıxan pireneylilər AÇ-2012-də bürünc medallara yiyələnmişdilər. Kriştianu Ronaldo və komanda yoldaşları bu dəfə qızıl mükafata iddialıdılar.

Portuqaliya yığması qrup mərhələsini yaxşı keçirməsə də, hələ AÇ-2016-da məğlubiyyət acısı dadmayıb. 1/8 finala qrup üçüncüsü kimi adlayan "Avropanın Braziliyası" bu mərhələdə güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdırıb.

Avropa çempionatı - 2016
1/4 final mərhələsi
30 iyun

23:00. Polşa - Portuqaliya
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Milorad Maziç (Serbiya)

Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. "Velodrom" stadionu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости