İstanbul terrorunun təşkilatçısı:

Day.Az представляет новость на азербайджанском языке

İstanbul terrorunun təşkilatçısının adı məlum olub.

Day.Az modern.az-a istinadən bildirir ki, hadisəni çeçen millətindən olan Əhməd Çatayev təşkil edib.
 
Rusiya xüsusi xidmət orqanları Çatayevin 2013-cü ilə qədər Şimali Qafqaz mücahidlərinin lideri Doku Umarovun yanında xidmət etdiyi, lakin onun ölümündən sonra İŞİD-in xidmətinə keçdiyini yazıb.
 
Əhməd Çatayev Dağıstan əsilli kamikadze Osman Vadinov və daha 2 terrorçunu Fatih rayonundakı mənzillərdən birinə yerləşdirib.
 
Mayın 25-də Türkiyəyə daxil olan terrorçular "Historia" ticarət mərkəzinin yaxınlığında məskunlaşıb və iyunun 28-də taksi çağıraraq aeroportda terror törətməyə yollanıblar.
 
Əhməd Çatayevin indi harada olması məlum deyil.
 
O, rus-çeçen münaqişəsinin aktiv iştirakçısı kimi 2003-cü ildə Avstriyadan siyasi sığınacaq almışdı.
 
Çeçen döyüşçüsü həbsdə rusların onun əlini kəsdiyi bildirmişdi.
 
2008-ci ilin martında İsveçin Trelleborq şəhərində üzərində silahla saxlanılan Çatayev 1 ildən artıq həbsdə qalıb.
 
O sonradan Ukraynaya köçmüş və Rusiya tərəfinin tələbi ilə həbs olunub.
 
Lakin Kiyev məhkəməsinin qərarı ilə azadllığa buraxılan mücahid 2011-ci ildə Gürcüstanda saxlanılmışdı.
 
O zaman Lopota dərəsində baş verən döyüş zaman 11 çeçen döyüşçüsü və 3 gürcü xüsusi təyinatlısı həlak olmuşdu.
 
Tbilisi məhkəməsi bir neçə ay həbsdə saxlanılan Əhməd Çatayevin günahsız olması barədə qərar verərək onu azadlığa buraxmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.