https://news.day.az/azerinews/831933.html Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Azərbaycanca, 18 октября 2016 12:33 (UTC +04:00) 1 708
Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Day.Az представляет новость на азербайджанском языке

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə. Vahid küçəsi 107/a ünvanında qeydə alınıb.
 
Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib.
 
Onlardan 2012-ci il təvəllüdlü Ağamalıyeva Günay, 2002-ci il təvəllüdlü Ağamalıyeva Gülnarə, 1986-cı il təvəllüdlü Ağamalıyeva Türanə, 1958-ci il təvəllüdlü Ağamalıyeva Elmira, 1982-ci il təvəllüdlü Ağamalıyev Emil və 1955-ci il təvəllüdlü Ağamalıyev Məcid dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости