ABŞ-da prezident seçkiləri

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində səsvermə prosesinin başlaması ilə prezident seçkilərinə start verilib. 

Day.Az Trend-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində keçirilmiş səsvermənin nəticəsi məlum olub. Ötən əsrin ortalarından davam edən ənənəyə görə, Dikvill-Notç qəsəbəsinin azsaylı sakinləri prezident seçkilərində ölkənin digər məntəqələrindən daha əvvəl öz mövqeyini bildirir.

Qəsəbənin seçkidə iştirak etmiş 6 sakinindən dördü Hillari Klintona, iki nəfəri Donald Trampa səs verib. Beləliklə, ilk seçki məntəqəsində demokratların namizədi üstün olub.

ABŞ ərazisində digər məntəqələrin nəticələri Bakı vaxtı ilə noyabrın 9-u səhər saatlarında məlum olacaq.

XXX

ABŞ-ın Nyu-Hempşir ştatının 3 kiçik şəhərciyində keçirilmiş səsvermənin nəticələri məlum olub.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Donald Trampın seçki qərargahından bildirildiyinə görə, üç kiçik şəhərcikdə keçirilən səsvermənin nəticəsində Tramp 32, Hillari Klinton isə 25 səs toplayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.