Bakıda iki bacı dəm qazından zəhərləndi, biri öldü

Day.Az представляет новость на азербайджанском языке

---------
10:30

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Day.Az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Qumru Əlirza qızı Qurbanova və bacısı, 1960-cı il təvəllüdlü Gülnar Əlirza qızı Qurbanova yaşadığı evdə dəm qazından zəhərləniblər. Q.Qurbanova ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

---------
10:15

Bakıda 52 yaşlı qadın dəm qazından zəhərlənib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Qurbanova Qumru Əlirza qızı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.