Jurnalistlər Röyanı boykot etdi

Day.Az представляет новость на азербайджанском языке

31 dekabrda Olimpiya kompleksində keçiriləcək "Ən Yeni İl" gecəsi ilə bağlı bu gün müğənni Röyanın iştirakı ilə mətbuat konfransının baş tutacağı gözlənilirdi.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mətbuat bu tədbirə dəvət olunsa da, jurnalistlər Röya Ayxanla aralarında yaranan gərginlik səbəbi ilə konfransa qatılmayacaqlarını elan etmişdilər.

İndilərdə alınan məlumata görə, təşkilatçılar məsələdən xəbərdar olandan sonra mediaya müraciət edərək bildiriblər ki, Röya Ayxanın adı konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarılıb. Mətbuatdan isə tədbirə gələrək konfransın işıqlandırılması xahiş olunub.

Konfransda müğənni Miri Yusif və tədbirin aparıcısı İlkin Həsəni iştirak edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.