Avropa Liqasının qrup oyununda İNSİDENT
Day.Az представляет новость на азербайджанском языке
Avropa Liqasının qrup mərhələsinin Ukraynada "Zorya" və İngiltərə "Mançester Yunayted"i arasında keçirilən matçda insident yaşanıb.
Day.Az Report-a istinadən xəbər verir ki, bu dəfə də ukraynalı azarkeşlər münaqişə törədiblər.
Yerli azarkeşlər qonaqlara hücum edərək onların bayraqlarını əllərindən alıblar. Bundan sonra ara qarışıb. Üstəlik ukraynalıların polislərlə də dava etdikləri bildirilir. Azarkeşlər bununla kifayətlənməyərək "Mançester Yunayted"in cərimə meydançası daxilinə partlayıcı maddə də atıblar.
Bundan əlavə, oyundan öncə də iki komanda azarkeşləri üz-üzə gəliblər. Şəhərdə kütləvi yürüş təşkil edən azarkeşlər dava ediblər. Dava zamanı azarkeşlər şüşə və dəmir alətlərdən istifadə ediblər.
Qeyd edək ki, Çempionlar Liqasının son turunda Ukraynada "Dinamo" və Türkiyə "Beşiktaş"ı arasında keçirilən oyun zamanı da iki komanda azarkeşləri arasında dava düşüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре