Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin həlli daha əvvəl əldə olunmuş prinsiplərə əsaslanmalıdır"

Day.Az представляет новость на азербайджанском языке

ATƏT-in Minsk qrupu formatında daha əvvəl razılaşdırılmış prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin davam etdirilməsi məsələsində tam yekdillik var.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Hamburqda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Daha əvvəl Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağla bağlı bəyanat yaymışdı. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqların qısa zamanda keçirilməsinin zəruriliyi ifadə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.