Elmar Məmmədyarov:"Ermənistan danışıqları pozur"

Day.Az представляет новость на азербайджанском языке

"Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin son müsahibəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəkdir: "Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.