İstanbulda terror aktının törədildiyi yerin adı dəyişdirildi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin İstanbul şəhərində terror aktının törədildiyi ərazinin adı dəyişdirilib.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə qərar Beşiktaş bələdiyyəsinin iclasında qəbul edilib.

Qərara əsasən, terror aktının baş verdiyi Beleştəpə adlı yerin adı dəyişdirilərək Şəhidlər Təpəsi adlandırılıb.

Xatırladaq ki, dekabrın 10-da futbol stadionunun yaxınlığında baş vermiş partlayış nəticəsində 44 nəfər ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.