Həmsədr: "Fransa Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həlli üçün səylərini davam etdirəcək"

Day.Az представляет новость на азербайджанском языке

ATƏT-in Minsk qrupunun fransalı həmsədri səfir Stefan Viskonti dekabrın 11-12-də Azərbaycanda səfərdə olub.

Day.Az bildirir ki, Fransanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu, S.Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında digər həmsədr həmkarları ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir.

Həmsədr Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Səfirliyin məlumatında qeyd olunur ki, Bakıya bugünkü səfəri zamanı S.Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliyini bir daha bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.