Rüsvayçılıq: Deutsche Welle İstanbuldakı terror aktlarını... uğurlu hesab edir

Day.Az представляет новость на азербайджанском языке

"Deutsche Welle" ("Alman dalğası") agentliyinin müxbiri Çeys Vinter İstanbulda onlarca adamın həyatına son qoyan terror aktlarına münasibətini bildirərkən sevincini gizlədə bilməyib. Üstəlik, utanmaz-utanmaz insan amilinə də məhəl qoymayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, o, "Twitter"dəki mikrobloqunda qısa məlumatında bu dəhşətli terror aktlarını hətta "həlak olanların sayına görə deyil, daha çox psixoloji baxımdan uğurlu akt" adlandırıb.

Almaniya agentliyinin və onun əməkdaşlarının bu cür mövqeyini necə səciyyələndirmək olar?

Jurnalist silahlıların liderləri ilə, habelə terrorçularla birlikdə rəqs edərək çəkdirdiyi fotoları da iftixarla dərc edib.

Bundan sonra Almaniya KİV-ləri Azərbaycan və Türkiyədən olan həmkarlarına dərs deməyə necə cəsarət edirlər???

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.