Murat Bozun şəkilləri həkimləri qəzəbləndirdi - YENİLƏNİB - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
----------
15:04
Murad Bozun baş rolda çəkildiyi "Dönerse senindir" filmindən yayılan bəzi səhnələr etiraza səbəb olub.
Axşam.az-ın Türkiyə mətbuatına istiandən məlumatına görə, dekabrın 23-də təqdimatı olacaq filmdən yayılan fotolarda qısa ətək geyinmiş tibb bacıları yer alıblar.
Bu fotolar səhiyyə işçilərini əsəbləşdirib. İzmir səhiyyə qurumunun əməkdaşları bununla bağlı açıqlama veriblər:
"Belə sənəti qəbul etmirik. Müqəddəs olan sənətimizə edilən bu hörmətsizlik qəbuledilməzdir. Bu hədsizlikdir. Bu zamana qədər vicdanla, mərhəmətlə görülən tibb bacılıq işi sənətin, sənətçilərin oyunu deyil. Bu görüntülərə görə üzr istənilməsini gözləyirik. Tibb bacılığı işi seks obyekti deyil".
Qeyd edək ki, M.Bozun bu filmi yanvarda Azərbaycanda nümayişə girəcək. M.Boz özü də Bakıya gələrək qala-gecədə iştirak edəcək.
---------
10:20
Türkiyənin məşhur müğənnisi Murat Bozun yeni filmi "Dönerse senindir"in çəkiliş meydançasından yeni fotolar paylaşılıb.
Milli.Az "Sözcü"yə istinadla bildirir ki, fotolarda ssenariyə əsasən xəstəxanalıq olan müğənninin köməyinə qısa ətəkli, model kimi tibb bacılarının çatması əks olunub.
Milli.Az maraqlı görüntüləri təqdim edir:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре