Sevda Yahyayeva efirdə ağladı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
ARB TV-də yayımlanan "Gəlin danışaq" proqramının növbəti qonağı müğənni Sevda Yahyayeva olub.
Day.Az xəbər verir ki, doğum gününü qeyd edən müğənni gözəl ifaları və səmimi söhbəti ilə yanaşı, maraqlı açıqlamalar verib. Sevda həmkarı Elçinlə duet oxuyarkən göz yaşlarını da saxlaya bilməyib:
"Çox sağ olun. Doğurdan, mənə xoş oldu. Bu gün ad günümü sizinlə qeyd etdim. Belə gözəl sözlər. Bu, əslində, sevinc göz yaşlarıdır. Sevinirəm ki, həqiqətən, belə dostlarım var. Məni çox istəyirlər. Mən də onları çox istəyirəm. Bunun qarşılığını gördükdə, insan çox sevinir. Bütün dostlarıma, hər kəsə uğurlar arzu edirəm. Həmişə onları xoşbəxt görmək istiyirəm. Hamı xoşbəxt olsun".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре