Allahşükür Paşazadə: "Azərbaycanda dini icmalar arasında qarşıdurma yoxdur"
Day.Az представляет новость на азербайджанском языке
"Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müdavimləri kimi, bölgələrdə müxtəlif dini icmaların nümayəndələri ilə görüşdünüz. Azərbaycan tolerantlığı, dini dözümlülüyü ilə dünya üçün gözəl bir nümunədir".
Day.Az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr, dünyada dini dözümlülük sahəsində müşahidə olunan problemlər baxımından bu il prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan olunması mühüm qərardır: "Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub, məscidlərimiz, məbədlərimiz dağıdılıb. Buna görə də böyük mənada islam həmrəyliyini qeyd edə bilmirik. İstərdik ki, torpaqlarımız sülh yolu ilə işğaldan azad edilsin. İnsanlarımızın Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıdışı böyük inam yaradır".
A. Paşazadə qeyd edib ki, Azərbaycanda xristianların, yəhudilərin məbədləri bərpa olunur: "Dini icma rəhbərləri kimi biz beynəlxalq tədbirlərdə də birgə iştirak edirik. Azərbaycanda dini icmalar arasında qarşıdurma yoxdur, məzhəb ayrı-seçkiliyi görünmür. Bu da Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasından irəli gəlir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре