Bakıda 23 yaşlı gənc dəm qazından boğulub

Day.Az представляет новость на азербайджанском языке

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb.

Day.Az APA-ya istinadən xəbər verir ki,hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib.
 
1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.
 
Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib.  Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib.
 
Faktla bağlı araşdırılma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.