Röya yeni işləri ilə gəlir
Day.Az представляет новость на азербайджанском языке
Röyanın bu ilə planlaşdırdığı proyektlər məlum olub.
Day.Az Live.az-a istinadən xəbər verir ki, şou-biznesimizin ən parlaq ulduzlarından olan Röya, bu il ən azı iki mahnısına klip çəkdirəcək.
Populyar ulduz klipinin birini Azərbaycan üçün, birini isə Türkiyə üçün hazırlayır.
Azərbaycan tamaşıçısı üçün keçən il konserti zamanı təqdim etdiyi "Qadın" mahnısına klip çəkiləcək.
Türkiyə üçün çəkdirəcək klipi hansı mahnı üçün olduğu bilinməsə də klip Avropada lentə alınacaq.
Klip çəkimində isə Soner Sarikabadayı iştirak edəcək və müğənni ilə Belçikaya yollanacaq.
Həmçinin Röya Ayxan və Nigar Camal münasib mahnı tapsalar, bu il onlar birgə duet mahnı təqdim edəcəklər.
Xatırladaq ki, Röya martda Rusiyanın paytaxtı Moskvada konsert proqramı ilə çıxış edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре