"Kara Sevda"da həyəcanlı anlar: Emir pusquda gözləyir

Day.Az представляет новость на азербайджанском языке

"Ay Yapım"ın çəkdiyi, Burak Özçivit və Neslihan Atagülün rol aldığı "Kara Sevda"da Dənizin ilk yaş günü həyəcanı yaşanacaq və Kamalın bir xəyalı reallaşacaq.

Kamalın xəyalını qurduğu ailə tablosu, Nihan və Dənizin ata evinə gəlməsiylə bir müddətə də olsa gerçəyə dönəcək. Dənizin doğum günü hazırlıklarıysa Nihan və Kamal üçün əvvəldən başlayacaq. Qızının ad günü tortunu öz əlləriylə kəsmək istəyən Kamal, Nihandan kömək istəyəcək. Nihan və Kamalın tort macərası, romantik komediya dadında, əyləncəli səhnələrlə ekrana gələcək. İki quru sevdalı, bütün problemlərdən və pisliklərin kölgəsindən uzaqda, baş-başa unudulmaz saatlar keçirərək eşq təzələyəcək. Nihan və Kamal, qızları Dənizi ilk yaş günündə babasının evinə apardığında həyatlarının yeni bir dövrünü də aralayacaqtır. Eşqlərinə olan inanclarıyla artıq çox daha güclüdürlər. Yaşadıqları çətinliklərin ardından nəvələriylə tanış olan Hüseyn və Fehime, bütün ailə üzvləri ilə birlikdə xoşbəxt bir gün keçirəcək. Bu xoşbəxt günün son sözünü söyləmək üçün isə, Emir pusquda gözləyir.

Day.Az "Kara Sevda"nın daha bir həyəcanlı bölüm fraqmanını təqdim edir:

Xəyal Abdullayev

Videonu izləmək üçün şəkilə klikləyin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.