https://news.day.az/azerinews/875546.html Beren Saat: "Ötən il vətən xaini idim, bu il Şərəf mükafatı aldım" - VİDEO

Beren Saat: "Ötən il vətən xaini idim, bu il Şərəf mükafatı aldım" - VİDEO

Azərbaycanca, 7 марта 2017 12:51 (UTC +04:00) 1 911
Beren Saat: "Ötən il vətən xaini idim, bu il Şərəf mükafatı aldım"

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Beren Saat "Milli Mövqe Şərəf Mükafatı"na ("Ulusal Duruş Onur Ödülü") layiq görülüb.

Day.Az axşam.az-a istinadən bildirir ki, Milli Hərəkat Platformu tərəfindən 11 universitetdə gənclərlə aparılan anket nəticəsində 27 tanınmışa mükafat verilib.

B.Saat öz mükafatını alarkən son bir ilin onun üçün çox çətin keçdiyini bildirib:

"Mənim haqqımda danışmaq üçün daha bir yeni mövzu çıxdı. Vətən xainliyindən Şərəf mükafatına qədər gedən bir il... Çətin il, amma nəticəsi gözəl oldu. Yaxşı ki Atatürk övladıyam, bütün bunları yaşayıram".

Qeyd edək ki, B.Saat ötən il Türkiyədəki terror hadisələrinə görə başsağlığı yazmadığı üçün sosial mediada tənqid edilmiş, "Vətən xaini" adlandırılmışdı. Aktrisa bundan sonra bütün bunların oyun olduğunu, belə hadisələrin baş verəcəyini daha əvvəllər dediyini bildirmişdi. Açıq ifadə etməsə də, prezident Rəcəb Tayyip Ərdoğanın siyasətini bəyənməyən B.Saat  tənqidlərdən sonra sosial mediada uzun müddət paylaşım etməmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Beren Saat:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости