Allahşükür Paşazadə Şuşa məscidində qazıntı aparılmasını II Qareginlə müzakirə edəcək

Day.Az представляет новость на азербайджанском языке

Ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhərağa məscidində bərpa işlərinin aparılması təxribat xarakteri daşıyır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, məscidi əqidəyə görə bərpa edərlər: "Ermənilərin isə əqidəsi yoxdur".

QMİ sədri bildirib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kirill və bütün ermənilərin katalikosu II Qareginlə müzakirə olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.