https://news.day.az/azerinews/888911.html Avropa Liqasının yarımfinalçıları müəyyənləşdi

Avropa Liqasının yarımfinalçıları müəyyənləşdi

Azərbaycanca, 21 апреля 2017 10:15 (UTC +04:00) 1 003
Avropa Liqasının yarımfinalçıları müəyyənləşdi

Day.Az представляет новость на азербайджанском языке

2016/17-ci illər mövsümündə futbol üzrə Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib.

Day.Az "Report"a istinadən xəbər verir ki, ¼ finalın nəticələrinə görə Belçikanın "Anderlext" və "Genk", Almaniyanın "Şalke-04" və Türkiyənin "Beşiktaş" klubları turniri tərk edib.

"Mançester Yunayted" (İngiltərə), "Selta Viqo" (İspaniya), "Ajax" (Hollandiya) və "Lion" (Fransa) klubları Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanıblar.

Turnirin yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 21-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

1/2 final görüşləri 4 və 11 may, final matçı isə 24 may tarixinə nəzərdə tutulub. Turnirin həlledici qarşılaşması İsveçin Solne şəhərinin "Frends Arena" stadionunda keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости