"Kara Sevda"nın bitməyinə 8 seriya qaldı

Day.Az представляет новость на азербайджанском языке

""Kara Sevda"nın çəkilişlərinin bitməyinə 8 seriya qalıb".

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri ötən gün nişanlısı və yaxın dostu ilə birlikdə gəzintiyə çıxan məşhur aktyor, "Kara Sevda"nın qəhrəmanı Burak Özçivit deyib.

Dünən nişanlısı Fahriye Evcen və həmkarı Uğur Aslan ilə birlikdə Arnavutköydəki balıq restoranına gedən Burak jurnalistlərə açıqlama verib.

O, bildirib ki, serialın çəkilişləri bitən kimi Fahriye ilə toy edəcək. Aktyor qeyd edib ki, toyu heç bir sponsorun köməyi olmadan, öz hesablarına edəcəklər.

Sualları gülərək cavablandıran məşhurlar avtomobilə minərək məkandan ayrılıblar.

Qeyd edək ki, Burak Özçivit və Uğur Aslan hazırda "Kara Sevda" serialına çəkilirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: