Rusiya terror cinayətlərinin sayı xeyli artıb

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada ekstremist və terror xarakterli cinayətlərin sayı 2016-cı ildə 45 faiz artıb.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə RF Baş prokurorunun qanunilik və hüquq qaydası haqqında məruzəsində bildirilir.

Qeyd olunur ki, bu artım bəzi Rusiya vətəndaşlarının Suriya və İraqda terrorçularun tərəfində döyüşməsi ilə əlaqədardır.

Məruzədə deyilir ki, 2016-cı ildə terror xarakterli 2227 cinayət (+44,8%) və ekstremist istiqamətli 1450 cinayət (+9,1%) qeydə alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.