Günay Musayeva eks əri haqda danışdı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan azərbaycanlı model Günay Musayeva maraqlı açıqlamalar verib.
Day.Az bildirir ki, model çəkildiyi "Cəsur ürək" serialından danışıb:
"O serial bitdi. "Dönem işi" serialının çəkilişinə başlayacağıq. Eyni prodakşınla işləyəcəyik. Önümüzdəki sezon sultan olaraq qayıdacağam. Baş rollardan birini oynayacağam".
Daha sonra model şəxsi həyatından və eks əri Tolqa Kareldən söz açıb:
"Şəxsi həyatımda durğunluqdur. Tolqa haqda heç açıqlama verməmişəm. Ağzımdan çıxmayan sözlər yazıldı. İllər əvvəl danışmağı dayandırdım. Öz dostlarım arasında danışmadığım şeyləri mətbuata da danışmaram. Mətbuatın işi budur, danışırlar. Mən elə şey deməmişəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре