https://news.day.az/azerinews/904112.html Dünyanın ən çox pul qazanan idmançıları

Dünyanın ən çox pul qazanan idmançıları

Azərbaycanca, 7 июня 2017 21:24 (UTC +04:00) 1 089
Dünyanın ən çox pul qazanan idmançıları

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin "Real" klubunun və Portuqaliya yığmasının futbolçusu Kristiano Ronaldo qərarlaşıb. O, ötən 1 il ərzində 93 milyon dollar qazanıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri amerikalı basketbolçu Lebron Ceyms tutur. Onun 1 ildəki gəliri 86,2 milyon dollar olub. Üçlüyü "Barselona" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tamamlayıb - 80 milyon.

Qeyd edək ki, K.Ronaldo karyerası ərzində dörd dəfə "Qızıl top"a sahib çıxıb, dörd dəfə Çempionlar Liqasının qalibi olub. 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости