https://news.day.az/azerinews/951456.html “7 uşaq və bir o qədər də “Qızıl top” istəyirəm” Day.Az представляет новость на азербайджанском языке Kristianu Ronaldu maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Day.Az apasport.az-a istinadən xəbər verir ki, Fransanın "Ekip" nəşrinə müsahibə verən portuqaliyalı ulduz çox uşağı olmasını arzuladığını bildirib.

“7 uşaq və bir o qədər də “Qızıl top” istəyirəm”

Azərbaycanca, 17 ноября 2017 09:47 (UTC +04:00) 993
“7 uşaq və bir o qədər də “Qızıl top” istəyirəm”

Day.Az представляет новость на азербайджанском языке

Kristianu Ronaldu maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, Fransanın "Ekip" nəşrinə müsahibə verən portuqaliyalı ulduz çox uşağı olmasını arzuladığını bildirib.

O, "Qızıl top"larının sayı qədər uşaq istədiyini deyib: "Hələ ki oynayıram və mümkün olan bütün mükafatları qazanmaq istəyirəm. İlk arzum 5-ci "Qızıl top"u qazanmaqdır, gələn il isə 6-cı üçün mübarizə aparacam. Çox şadam ki, uşaqlarla əhatə olunmuşam. Onları çox sevirəm və həyatımı onlarsız təsəvvür edə bilmirəm. 7 uşaq və bir o qədər də "Qızıl top"um olsun istəyirəm".

Qeyd edək ki, bir neçə gün əvvəl 4-cü övladı dünyaya gələn "Real"ın hücumçusu bir o qədər də "Qızı top" mükafatına sahib olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости