Ronaldudan şok açıqlama: "Tarixin ən yaxşısı Messidi, mükafatı qaytarıram"

Day.Az представляет новость на азербайджанском языке

Kriştianu Ronaldu şok qərar verib.

Fanat.Az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu bu il qazandığı "Ballon d'Or" mükafatını geri qaytarmaq istəyir.

İddialara görə, "Barselona"ya 0:3 hesabı ilə yenildikləri oyundan sonra paltardəyişmə otağına girən Ronaldu komanda yoldaşlarına "Bu mükafatı haqq etmirəm və geri qaytaracam" deyib.

Futbolçu daha sonra "France Football" nəşrinin rəhbərinə zəng edərək qərarını ona da bildirib: "Tarixin ən yaxşısı olduğunu söylədim, amma dünya şahid oldu ki, ən yaxşı Messidi. Mükafatı geri qaytarmaq istəyirəm".

Bildirilir ki, "France Football" Ronaldunun bu sözlərinə "Həyatımda belə şey görmədim" deyərək reaksiya verib. Komanda yoldaşları, ailəsi və yaxın dostu Badr Hari onu bu qərarından döndərə bilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.