https://news.day.az/pgbrands/1761734.html Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edir Son dövrlərdə idmanla məşğul olan gənclər arasında zülal tərkibli qida əlavələrinə xüsusilə protein tozlarına maraq artıb. Lakin daha tez nəticə əldə etmək arzusu bəzən ciddi sağlamlıq riskləri ilə müşayiət olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu tip əlavələrin düzgün istifadə olunmaması həyat üçün təhlükəli fəsadlara yol aça bilər.

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edir

P&G Brands, 20 июня 2025 05:31 (UTC +04:00) 407
Fit görünmək uğrunda ölüm riski

Son dövrlərdə idmanla məşğul olan gənclər arasında zülal tərkibli qida əlavələrinə xüsusilə protein tozlarına maraq artıb. Lakin daha tez nəticə əldə etmək arzusu bəzən ciddi sağlamlıq riskləri ilə müşayiət olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu tip əlavələrin düzgün istifadə olunmaması həyat üçün təhlükəli fəsadlara yol aça bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qastroenteroloq professor Vedat Göral xəbərdarlıq edir ki, bu məhsullar yanlış və nəzarətsiz istifadə olunduqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, protein tozlarının bəzi tərkib hissələri qaraciyər funksiyalarını poza, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyasına qədər ağır fəsadlara yol aça bilər. Alkoqolla birlikdə istifadə edildikdə isə risk daha da artır. Bundan əlavə, bu məhsullar böyrəklərə ziyan vurur, ürək problemlərinə və hətta ölüm hallarına gətirib çıxara bilər.

Uzun müddət və yüksək dozada istifadə xüsusilə təhlükəlidir. Professor Göral protein tozlarını yalnız həkim məsləhəti ilə və düzgün dozada qəbul etməyi tövsiyə edir. Onun sözlərinə görə, sağlam zülal mənbəyi kimi yumurta, ət, balıq və pendirə üstünlük vermək daha məqsədəuyğundur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости