https://news.day.az/showbiz/721820.html Xatunla Könül efirdə ağladılar - FOTO

Xatunla Könül efirdə ağladılar - FOTO

Шоу-бизнес, 27 ноября 2015 20:27 (UTC +04:00) 4 037
Xatunla Könül efirdə ağladılar

Day.Az представляет новость на азербайджанском языке

Müğənnilər Xatun Əliyeva və Könül Kərimova barışıblar. 

big.az xəbər verir ki, Könül Kərimovanın iştirak etdiyi "10-dan sonra" verilişinə gözlənilmədən Xatun Əliyeva gəlib. Xatun Könül xanımı parodiya etdiyi üçün ondan üzr istəyib və göz yaşı töküb. Hər iki məşhur ağlayaraq, barışıblar. Xatunun bu gün ad günü olduğu üçün onlar tortu da birgə kəsiblər.

Xatun: "Həyəcanlıyam bir az. Mən sizin verilişinizi hər zaman izləyirəm. Gördüm, Könül xanım qonaqdır. Gəldim ki, barışaq. Hər kəs günahı məndə bilirdi. Və günah da məndə idi. Könül xanıma görə çox adam məndən küsdü. Amma mənə görə heç kəs ondan küsmədi. Mən onu parodiya etmişəm, deməli, onun qəlbinə dəymişəm. Üzr istəyirəm. Mən ondan yaşda kiçiyəm. Söz verirəm ki, heç vaxt Könül xanımı parodiya etməyəcəm. Anam da dedi ki, get, Könül xanımla barış".

Könül: "Mən kinli adam deyiləm. Çox kövrək adamam. Hər zaman düşünürəm ki, niyə. Çox pis oldum. Ürəyə dəymək olmaz. Düşünürdüm ki, Xatunla barışmaq necə ola bilər?! Ancaq siz bunu bacardınız".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
  • Xatunla Könül efirdə ağladılar
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости