https://news.day.az/showbiz/724152.html Sevdanın klipə görə verdiyi "qurban" - VİDEO

Sevdanın klipə görə verdiyi "qurban" - VİDEO

Шоу-бизнес, 3 декабря 2015 18:04 (UTC +04:00) 768
Sevdanın klipə görə verdiyi "qurban"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Sevda Yahyayeva "Yanlış adam" adlı yeni mahnısını və klipini təqdim edib.

publika.az xəbər verir ki, ifaçı yeni mahnısının sevgidən bəhs etdiyini bildirib:

"Mahnı sevgidən bəhs edir. Klipdə tərəf-müqabilim olsa da, klip boyu onu görmək mümkün deyil".

O, mahnısının heç kimə ünvanlanmadığını əlavə edib:

"Mən ünvanlı mahnılar ifa etmirəm. Çalışıram ki, mahnılarımda aktual mövzuları canlandırım. Ünvanlı mahnılar oxumaq mənlik deyil".

Açıqlamasında Yahyayeva uzun saçlarını məhz bu klipə görə kəsdirdiyini də etiraf edib:

"Saçlarımı da məhz bu klip üçün kəsdirmişəm. Fərqli üslubda görünmək istədim. Tamaşaçı məni hələ belə görməmişdi. Lazım olsa, başımı keçəl də qırxaram. Sənətim üçün hər addımı ataram. Düzdür, mənim öz saçlarım heç vaxt uzun olmayıb. Hər zaman qaynaqlardan istifadə etmişəm. Amma bu qısalığında ilk dəfədir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Sevda Yahyayeva

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости