Prodüser Tolik: "Mənə çox təkliflər olub"
Day.Az представляет новость на азербайджанском языке
Məncə, kim hansı işi bacarırsa, onda da qalmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış prodüser Tarix Əliyevona gələn aparıcılıq təkliflərini qəbul etməməsi ilə bağlı danışarkən deyib. Prodüser təkliflər gəlsə də, bu haqda düşünmədiyini bildirib:
"Bir dəfə radiodan təklif gəlmişdi ki, orada DJ olum. Bu təklifi çox düşünsəm də, qəbul etmədim. Çünki hər kəs öz işində daha yaxşıdır. Necə ki, diş həkimi qəssablıq, qəssab da diş həkimliyi edə bilməz - bu da elədir. Mənə kanalların birindən də hazırda başqa birinin apardığı verilişin aparıcısı olmaq təklifi gəldi, qəbul etmədim. Çünki mən artıq özümü sübut etmişəm və başqa işə ehtiyac olmadığını düşünürəm. Amma aparıcılıq edənlərə də pis baxmıram. Bu onlarda alınırsa, niyə də etməsinlər?"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре