Vətəndaşlarımıza pulsuz xidmət

Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanacaq.

Day.Az представляет новость на азербайджанском языке.

ANS TV-nin məlumatına görə, artıq bunun üçün tələb olunan qanunvericilik bazası formalaşıb və gələn ildən praktiki işlər həyata keçiriləcək.

Maliyyə naziri Samir Şərifov da tibbi sığortanın 2016-cı ildən tətbiq olunacağını təsdiqləyib:

"Bundan əlavə, bu işləri həyata keçirən qurumun yaradılması nəzərdə tutulub. O demək deyil ki, bir günə məsələ öz həllini tapacaq. Ən azı dövlət tərəfindən dövlətin səhiyyə xərclərinin yuxarı həddi müəyyən ediləcək. Artıq aydın olacaq ki, hansı xərcləri dövlət öz üzərinə götürür, hansı xərcləri vətəndaşlar qarşılamalıdırlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

фото