https://news.day.az/society/712480.html Selin Cəlləbadda yaratdığı FƏSADLAR

Selin Cəlləbadda yaratdığı FƏSADLAR

Общество, 31 октября 2015 11:04 (UTC +04:00) 823
Selin Cəlləbadda yaratdığı

Day.Az представляет новость на азербайджанском языке

Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb.

Report xəbər verir ki, rayon ərazisində ötən gündən yağmağa başlayan güclü yağış hazırda da davam edir.

Yağışın yaratdığı sel-suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından elektrik enerjisinin verilməsi dayandırılıb.

Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. Əraziyə cəlb edilən FHN-nin texnika və canlı qüvvəsi nəticəsində təhlükə aradan qaldırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости