Azərbaycanlı iş adamı Antalyadakı hotelini su qiymətinə satıb
Day.Az представляет новость на азербайджанском языке
Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli iş adamı Telman İsmayılovun tikdirdiyi "Mardan Palace" hotelinin yeni sahibi "Halk Bank" olub
Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli iş adamı Telman İsmayılovun tikdirdiyi "Mardan Palace" hotelinin yeni sahibi "Halk Bank" olub.
"Report" xəbər verir ki, məlumata görə, hotel 719 mln. türk lirəsinə satışa çıxarılsa da, Türkiyə Bankı onu 360,05 mln. lirəyə (təxminən 253 mln. ABŞ dolları) alıb.
Qeyd edək ki, hərracda yalnız "Halk Bank" iştirak edib və o, "Qaranti Bank"ın almalı olduğu 207 mln. lirə (təxminən 73 mln. dollar) borcu bu bankın hesabına köçürəcək. Hotelin dəyərinin qalan 151,95 mln. lirə (təxminən 53,5 mln. dollar) olan hissəsi isə "Halk Bank"a borc olduğu üçün ödənilməyəcək.
Xatırladaq ki, "Mardan Palace"ın əsas binasının dəyəri 234 mln. dollar, ətrafındakı villalar isə 25 mln. dollar dəyərində qiymətləndirilir. Hotelin "Qaranti Bank"ına 73 mln. dollar, "Halk Bank"a isə 21,6 mln. dollar borcu olub.
Qeyd edək ki, "Mardan Palace" 2009-cu il mayın 23-dən fəaliyyət göstərir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре