Yerli məhsul müştərilərə müxtəlif xarici markalar adı altında satılır - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Bir sıra məhsullar ölkəmizdə istehsal edilsə də, üzərinə xarici ölkələrin məşhur markalarının etiketləri vurulur. Alıcılar da malların xarici ölkədə istehsal edildiyini zənn edərək aldanırlar. Day.Az xezerxeber.com-a istinadən bildirir ki, bu tendensiyanın əsas səbəbi milli brendin formalaşmamasıdır. Yəni insanlar keyfiyyətli məhsulun yalnız xaricdə istehsal edilə biləcəyinə inanırlar.
Bəzi satıcılar ya bilərəkdən keyfiyyətsiz məhsul istehsal edib, məşhur markaalrın etiketlərindən istifadə edirlər, ya da ki keyfiyyətli məhsul istehsal edib, zəif marketinq siyasəti hesabına brend səviyyəsinə yüksəldə bilmirlər. Məhsulun həqiqətən də etiketində yazıldığı ölkədə və keyfiyyətdə istehsal edildiyini öyrənmək üçün bir neçə yol var.
Əgər sertifikat almaq mümkün deyilsə, o zaman digər metodlardan da istifadə edilə bilər. Marketoloqların sözlərinə görə, ölkəmizdə keyfiyyətli məhsulun istehsalı üçün bütün imkanlar var. Sadəcə marketinq siyasətini düzgün qurub milli brendi formalaşdırmaq lazımdır.
Videonu izləmək üçün şəklə klikləyin:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре