İŞİD-in İraqdakı komandirlərindən biri İranda öldürüldü
Day.Az представляет новость на азербайджанском языке
"İŞİD-in İraqdakı komandirlərindən biri bu gün İranın Kirmanşah şəhərində keçirilən əməliyyatda öldürülüb".
Day.Az APA-ya istinadən bildirir ki, bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib.
H.Zülfüqari bildirib ki, Kirmanşahda öldürülən terrorçuların sayı 4 nəfərə çatıb: "Ötən gün axşamdan bu gün səhərə kimi Kirmanşah əyalətinin 2 bölgəsində təkfirçi terror qruplaşması üzvləri ilə qarşıdurma baş verib. Bu qarşıdurmada dörd terrorçu öldürülüb, altı terrorçu saxlanılıb".
O əlavə edib ki, qruplaşma üzvləri İranın qərb əyalətləri və mərkəzi bölgəsində təxribatlar törətmək istəyiblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре