Roma Papasından Türkiyə ilə bağlı ÇAĞIRIŞ
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Roma Papası Fransisk ənənəvi ibadət mərasimi zamanı dindarlara müraciətində onları Türkiyənin Qaziantep şəhərində "qəddar sui-qəsd" nəticəsində həyatını itirənlərə dua etməyə çağırıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Roma Papası Allahdan dünyaya sülh bəxş etməsini istəyib.
Qeyd edək ki, şənbə günü Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 50 nəfər ölüb, 94 nəfər yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktının İŞİD terror təşkilatı tərəfindən törədilməsinin ehtimal olunduğunu bildirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре