"Kurtlar Vadisi"nin aktyoru: "Adımı 90-cı seriyada öyrəndim"

Day.Az представляет новость на азербайджанском языке

"Kurtlar Vadisi" serialında "Kılıç" obrazını canlandırmış məşhur aktyor Atilla Olqaç maraqlı açıqlamalar verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor serialda "Kılıç" obrazının əsl adının "Ali" olduğunu 90-cı seriyada öyrəndiyini deyib:

"Həmin seriyaya qədər mənə heç nə deməmişdilər. Həyat yoldaşım varmı, yoxmu? Mən kiməm? Bu sualların cavabını bilmədən "Kılıç" olaraq 90-cı seriyaya qədər oynadım".

Uzun müddətdir ekranlarda görünməyən 72 yaşlı aktyor hər rolu oynamağa hazır olduğunu da söyləyib:

"Uzun müddətdir görünməməyimin səbəbi gələn təklifləri diqqətlə analiz etməyimdir. Daha keyfiyyətli, daha gözəl və hər kəsə xitab edən serial olmasını istəyirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.