Castin Biber bu dəfə qonşularının hədəfində

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Castin Biberin qonşuları ondan şikayətçidirlər.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, əvvəllər evində səs-küylü partilər təşkil edib qonşuların narazılığına səbəb olan ifaçının bu dəfə cangüdənləri diqqət mərkəzindədirlər.

Daima Castinin ətrafında olan cangüdənlər, hətta, evində də onu qoruyurlar. Qonşular Biberin evinin hərbi bazaya bənzədiyini və hər addımbaşı bir cangüdənə rast gəldikləri barədə şikayət ediblər.
Onlar tezliklə bu vəziyyətin dəyişəcəyinə ümid edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.