Ağdamda köçkün sahibkarlara kredit verilib

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az EL TV-yə istinadən xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığıa Kömək Milli Fondunun Ağdam rayonunun Xındırıstan kəndində təşkil etdiyi tədbirdə 90 nəfər sahibkar iştirak edib. Onlara məlumat verilib ki, fond tərəfindən rayonda müasir soyuducu anbar kompleksi, kiçik həcmli çörək istehsalı müəssisəsi və ən əsası rayon üçün vacib sayılan kiçik orta həcmli tərəvəz emalı sexlərinin tikintisi üçün təkliflər verilib. Tədbir çərçivəsində təklif olunan yeni layihələrdən biri də kiçik həcmli cins heyvandarlıq təsərrüfatının yaradılması olub. Elə fermer Asif Tağıyev də bu məqsədlə kredit götürüb.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa kömək Milli Fondu tərəfindən son illər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ümumilikdə 971 köçkün sahibkara 20,3 milyon manat kredit verilib. Həmin imtiyazlardan yararlanaraq cəbhə xəttinin bir neçə yüz metrliyində cins iribuynuzlu müasir heyvandarlıq kompleksi yaradılıb. Xaricdən gətirilən 200 baş inəyin sayı son iki ildə 450-ni keçib. Maldarlıqla məşğul olan sahibkarlar hesab edirlər ki, əgər rayonun ərazisi erməni işğalında olmasa, daha geniş otlaq sahələri olsa, qısa müddətdə bu rəqəmi daha da böyütmək olar. Hətta xarici bazarlara ət və süd məhsulları çıxarmaq da mümkündür.

Qeyd edək ki, Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 689 investisiya layihəsinin maliyyələşməsinə 17,4 milyon manat güzəştli kredit verilib.