"Liverpul"un müdafiəçisi birinci oldu

Day.Az представляет новость на азербайджанском языке

"Liverpul"un müdafiəçisi Virqil Van Deyk Premyer Liqanın geridə qalan mövsümündə qalib gəldiyi birə-bir mübarizələrə görə fərqlənib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu baxımdan hollandiyalı futbolçunun effektivlik faizi 72.3-dür. Elitada yerini qoruya bilməyən "Stok Siti"nin müdafiəçisi Kurt Zuma 71.9%-lə ikincidir. Sonrakı yerlərdə Yan Vertonqen ("Tottenhem" 67.9), Ceyms Tarkovski ("Börnli" 66.7) və Camaal Lassels ("Nyukasl Yunayted" 66.7) qərarlaşıb.

Statistika ən azı 250 birə-bir mübarizəyə girən futbolçular nəzərə alınmaqla hazırlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.