Elnarə çoxdan küsülü olduğu bu məşhurla barışdı

Şou-biznesdə növbəti barışıq baş tutub.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, bu dəfə müğənnilər Xatun Əliyeva ilə Elnarə Xəlilova küsülülüyə son qoyublar. Onları Xatunun prodüseri Pənah bir araya gətirib:

"Biz küsməmişdik. Anlaşılmazlıq olmuşdu aramızda. Heç vaxt Xatun haqqında pis fikir söyləməmişəm. Bizə mehribançılıq yaraşır", - deyə Elnarə bildirib.

Qeyd edək ki, Xatun "ATV maqazin onlarla" verilişində "Elnarəyə qadağa qoyardım. Gedib evdə oturub uşaqlarına baxsın" sözlərini demişdi. Onun bu sözləri qarşı tərəfi özündən çıxarmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.